Ukrayna ilə NATO arasında iki razılaşma sənədi imzalanacaq.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Arseniy Yatsenyuk bildirib.
Onun sözlərinə görə, birinci sənəd əlaqə və informasiya üzrə memorandum, ikincisi isə dəstək sahəsində əməkdaşlıq haqdadır.
Memoranduma görə, Ukrayna NATO ilə "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində məsləhətləşmə, idarəetmə, rabitə vasitələri, yeni kommunikasiya və informasiya texnologiyaları ilə bağlı əməkdaşlıq edəcək.
İkinci sənəddə isə təhlükəsizlik üzrə 4 birgə layihənin gerçəkləşdirilməsi nəzərdə tutulub. Bura hərbi-texniki, rabitə vasitələri, yeni kommunikasiya və informasiya texnologiyaları sahəsində əməkdaşlıq daxildir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !