Ukrayna ilə qarşıdurmanın bir günü Rusiyaya $55 milyarda başa gəldi - FOTO

00:31 | 04.03.2014
Ukrayna ilə qarşıdurmanın bir günü Rusiyaya $55 milyarda başa gəldi - FOTO

Ukrayna ilə qarşıdurmanın bir günü Rusiyaya $55 milyarda başa gəldi - FOTO

Rusiya Mərkəzi Bankı həm də baza faiz dərəcəsini 1,5% artıraraq 7%-ə çatdırıb

İqtisadiyyat  Rusiya şirkətlərinin səhmlərinin ümumi dəyəri martın 3-də 2 trilyon rubl (55 milyard dollar) azalıb. ANS PRESS-in məlumatına görə, bu nəticə fond və əmtəə bazarlarındakı hərraclarda qeydə alınıb. 

"Bu, Olimpiyanın qiymətindən 500 mlrd rubl çoxdur", - deyə rusiyalı «Twitter» istifadəçiləri qeyd edirlər. Martın 3-də rubl ən aşağı səviyyəyə düşdükdən sonra Rusiya Mərkəzi Bankı həm də baza faiz dərəcəsini 1,5% artıraraq 7%-ə çatdırıb. Rusiyanın fond birjası RTS-in indeksi 10,5% azalıb.

Martın 3-də rubl ucuzlaşaraq 1 avro qarşılığında 50 rubl səviyyəsinə enib. 1 ABŞ dollarının 36,4 rubla bərabər olması da rublun rekord ucuzlaşması kimi dəyərləndirilir. 

Xammal qiymətləri isə altı ay ərzində ən yüksək səviyyəyə qalxıb. Çünki Ukrayna ilə qarşıdurma nəticəsində qorxu yaranıb ki, enerci daşıyıcılarının və kənd təsərrüfatı məhsullarının nəqlində problemlər olacaq. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM