Ukrayna İran istehsalı 52 dronu məhv edib

11:47 | 28.05.2023
Ukrayna İran istehsalı 52 dronu məhv edib

Ukrayna İran istehsalı 52 dronu məhv edib

Ukrayna Ordusu ötən gecə Rusiyanın dronlarının kütləvi hücumu zamanı ölkənin hava məkanında 52 "Şahid”i vurub. Ümumilikdə rusiyalılar 54 zərbə PUA-sı işə salıblar.

Bu barədə Ukraynanın Hərbi Hava Qüvvələrinə istinadən məlumat verilir.

"2023-cü il mayın 28-nə keçən gecə düşmən şimaldan – Bryansk vilayətindən (RF), cənubdan – Krasnodar vilayətindən (RF) İranın "Şahid-136/131” pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum edib”, – məlumatda bildirilib.

Məlumata əsasən ötən gecə Ukraynaya rekord sayda kamikadze dronu ilə hücum edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb