Ukrayna işğalının ikinci mərhələsi başladı

21:26 | 15.04.2014
Ukrayna işğalının ikinci mərhələsi başladı

Ukrayna işğalının ikinci mərhələsi başladı

Rusiya Ukraynanın işğalının ikinci fazasına start verib. 
“Axar.az” xəbər verir ki, bu iddia ilə Polşanın PAP agentliyi çıxış edib.   
Agentlik Rusiyanın əsas məqsədinin Ukraynanın sahilyanı ərazilərini ələ keçirməkdən ibarət olduğunu bildirib: “Rusiya Ukraynanın işğalının ikinci fazasına start verib. Bu dəfə əsas məqsəd Ukraynanın Qara dəniz boyunca uzanan vilayətlərini ələ keçirməkdən ibarətdir. Bununla da Rusiya Ukraynanın Qara dənizə çıxışını tamamilə bağlamağa çalışır. Ruslar yenə də özlərinin taktikalarından istifadə edirlər. Müəyyən diversantlar vasitəsilə yerli xalqı öz tərəfinə çəkib rahat şəkildə torpaqları özünə birləşdirməyə çalışırlar”.  
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM