Adları qara siyahıdan çıxırılmış bəzi jurnalist və bloqqerlər arasında Rusiyanın Qərbi Avropadan olan kolleqaları, eləcə də casusluq fəaliyyətində ittiham olunan 2 ispan, 1 alman və 3 britaniyalı müxbirin adları da Ukrayna hökuməti tərəfindən qadağan edilmiş sihayıdan silinib.
Rusiya isə məsələyə cavab olaraq bildirib ki, bu cür sanksiyaların tətbiqi fikir azadlığının aşkar pozulması və medianın sərbəst fəaliyyətinə qarşı ciddi əngəllərin yaradılmasıdır. ATƏT də açıqlamasında tədbiq olunmuş əvvəlki qərarı azad mediaya basqı adlandırmışdı.
Bundan əvvəl isə Britaniyanın Ukraynadakı səfiri şəxsən prezident Petro Poroşenkodan adları qara siyahıda olan 3 nəfər "BBC” juralistinin siyahıdan çıxarılmasını xahiş etmişdir.
Qeyd edək ki, Ukrayna tərəfindən müxtəlif sahədə çalışan 400 nəfərdək insanların adları qara siyahıya salınıb. Bu şəxslər arasında 105 nəfəri isə şirkət və təşkilat təmsilçiləridir.//azvision.az
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !