Ukrayna Krımın işığını söndürməyəcək

22:55 | 25.03.2014
Ukrayna Krımın işığını söndürməyəcək

Ukrayna Krımın işığını söndürməyəcək

Kiyev vəd verib ki, Krımın işığını və suyunu kəsməyəcək. ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna xarici işlər naziri səlahiyyətlərini icra edən Andrey Deşitsa Haaqada bildirib. Nüvə təhlükəsizliyi üzrə beynəlxalq sammitin kluarında mətbuat konfransı keçirən XİN başçısı deyib: “Krımda bizim vətəndaşlar yaşayır və biz Krımın nə elektrikini, nə də su təjhizatını kəsmək niyyətində deyilik”. Qeyd edək ki, Haaqada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukrayna xarici işlər naziri səlahiyyətlərini icra edən Andrey Deşitsa arasında görüş olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti