Ukraynanın yeni yaradılmış Milli Qvardiyasının əsgərləri və Maydan fəalları ölkənin cənub və şərqinə göndərilə bilər.
APA-nın məlumatına görə, belə bir bəyanatla Ukrayna baş nazirinin I müavini Vitali Yarema çıxış edib.
Onun sözlərinə görə, Milli Qvardiyaya Maydan fəalları və hazırda ictimai əsayişin qorunmasına cəlb olunmuş şəxslər dəvət olunacaq.
V.Yarema həmçinin bildirib ki, Milli Qvardiyanın əsgərləri Ukraynanın Rusiya ilə sərhədinin mühafizəsinə cəlb ediləcək.
APA
Bizi sosial şəbəkələrdə izləyin !