Ukrayna məmurlarına qarşı sanksiya

18:01 | 29.01.2014
Ukrayna məmurlarına qarşı sanksiya

Ukrayna məmurlarına qarşı sanksiya

Kanada hökuməti Ukraynanın bəzi məmurlarına qarşı sanksiyalar tətbiq edib. Bu barədə Kanadanın xarici işlər naziri Con Berd məlumat verib. Nazirin sözlərinə görə, sanksiya tətbiq edilən şəxslər mitinqlərin güc tətbiq edilməklə dağıdılmasında məsul olan şəxslərdir. Nazir Ukrayna hökumətinə qarşı yeni sanksiyaları da istisna etməyib.Aznews.az xəbər verir ki, Kanada parlamentində Ukraynadakı vəziyyətə dair dinləmələrdə prezident Yanukoviçə qarşı da sanksiyaların tətbiqi müzakirə edilib. Həmçinin bank hesablarının dondurulması, Ukraynaya nümayəndə heyətinin göndərilməsi, müxalifət fəallarına siyasi sığınacağın verilməsi kimi məsələlər də müzakirə edilib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM