Ukrayna Milli Qvardiyasının 400 hərbçisi əsir düşdü

17:12 | 27.06.2014
Ukrayna Milli Qvardiyasının 400 hərbçisi əsir düşdü

Ukrayna Milli Qvardiyasının 400 hərbçisi əsir düşdü

Ukrayna Milli Qvardiyasının 400 hərbçisi separatçılar tərəfindən əsir götürülüb. 
AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə qondarma “Donetsk Xalq Respublikası”nın baş naziri Serqey Kavtarnadze məlumat verib. 
O deyib ki, onların tabeliyində olan xüsusi təyinatlılar 400 nəfərdən ibarət əsgər və zabiti təslim olmağa vadar edib: “Bu psixoloji təzyiq göstərilməsi yolu ilə həyata keçirilib. Hər iki tərəfdən itki yoxdur. Əsgərlər artıq ailələrinə təhvil verilib”. 
Ukrayna Milli Qvardiyasının mətbuat xidmətindən verilən məlumatda isə bildirilib ki, 7 saat davam edən döyüş nəticəsində hərbi hissənin nəzarəti separatçıların əlinə keçib.
Xatırladaq ki, hərbi hissəyə hücum 26 iyunda baş verib. Toqquşma nəticəsində ölən və yaralananlar yoxdur. Milli Qvardiyanın mətbuat xidməti isə öz növbəsində 5 separatçının öldürülməsi barədə məlumat yayıb. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM