Ukrayna Monqolustanı Putini həbs etməyə çağırır

21:20 | 30.08.2024
Ukrayna Monqolustanı Putini həbs etməyə çağırır

Ukrayna Monqolustanı Putini həbs etməyə çağırır

Ukrayna Monqolustanı Rusiya Prezidenti Vladimir Putini həbs etməyə çağırıb.Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Ukrayna XİN Monqolustana ölkə hakimiyyətinin Putinin həbsi və Haaqa məhkəməsinə çıxarılması üçün Beynəlxalq Cinayət Məhkəməsinin məcburi orderini icra etməklə bağlı müraciət ünvanlayıb.

"Putin BCM-nin həbs qərarı verdikdən sonra ilk dəfə olaraq məhkəmənin yurisdiksiyasını tanıyan bir ölkəyə - Monqolustana səfər edəcək. Kiyev bu əmrə məhəl qoymamaqda israr edir. Kreml məhkəmə qərarlarını etibarsız hesab edir.
Monqolustan Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) yurisdiksiyasını tanıyır və buna görə də Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderi icra etməyə borcludur. Putin və Rusiya Federasiyasının digər hərbi-siyasi rəhbərliyi ədalət qarşısında cavab verməlidir", - Ukrayna XİN-nin bəyanatında deyilir.

Qeyd edək ki, Putin sentyabrın 3-də Monqolustana səfər etməyi planlaşdırıb. 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM