Ukrayna münaqişəsinə görə toplaşacaqlar

22:21 | 05.11.2015
Ukrayna münaqişəsinə görə toplaşacaqlar

Ukrayna münaqişəsinə görə toplaşacaqlar


Almaniya, Fransa, Rusiya və Ukraynanın xarici işlər nazirləri noyabrın 6-da Berlində yığışacaq, Ukrayna münaqişəsinə son qoymağın yollarını müzakirə edəcəklər. Məlumatı Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü verib.

Sawsan Chebli noyabrın 4-də deyib ki, müzakirə mövzularından biri ağır silahların geri çəkilməsi ola bilər. Artıq kiçik kalibrli artilleriya geri çəkilməkdədir.

Sentyabrdan bəri Ukraynada atəşkəsə əsasən əməl olunur. Ara-sıra pozuntular baş verir.

ATƏT-in təmsilçisi Ertugrul Apakan deyib ki, Ukraynanın şərqinin minalardan təmizlənməsi də növbəti addımlardan biri ola bilər.  /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM