Ukrayna ordusu son bir ildə iki dəfə artıb

10:00 | 13.09.2015
Ukrayna ordusu son bir ildə iki dəfə artıb

Ukrayna ordusu son bir ildə iki dəfə artıb

Ukrayna ordusunda şəxsi heyətin sayı son bir ildə iki dəfə artıb.

APA-nın "İnterfaks-Ukrayna”ya istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak deyib.  
 
"Yalnız son bir ildə Ukrayna ordusunda şəxsi heyətin sayı 146 mindən 280 minədək artıb. Bizdə büdcə, qidalanma ilə problemlər var, lakin, mən əminəm ki, biz səbir etməliyik və biz mütləq ukraynalıların fəxr edəcəyi elə bir ordu yaradacağıq ki, digər ölkələr ona qorxu ilə yox,  hörmətlə yanaşsın”, deyə nazir qeyd edib.    

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM