Ukraynada Radanın iclasında Milli Televiziya və Radio Yayımı Şurası islahatı ilə bağlı qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı dava çıxıb.
"Qafqazinfo” "Sputnik”ə istinadən xəbər verir ki, davaya "Xalqın Xidmətkarı” partiyasının millət vəkili Nikita Poturayevin "Müxalifət Platforması gülləbaran edilməlidir” sözləri səbəb olub.
İclasa fasilə verilib. Fasilədən sonra Poturayev üzr istəyib, o, sözlərinin şiddət çağırışı olmadığını, heç bir millət vəkilinin təzyiqə layiq olmadığını söyləyib.
Parlamentin sədri Dmitri Razumkov hər kəsi açıqlamalarına diqqət etməyə çağırıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !