Ukrayna parlamentində Donbasın reinteqrasiyası ilə bağlı sənəd qəbul olunub

20:30 | 06.10.2017
Ukrayna parlamentində Donbasın reinteqrasiyası ilə bağlı sənəd qəbul olunub

Ukrayna parlamentində Donbasın reinteqrasiyası ilə bağlı sənəd qəbul olunub

Sənədə əsasən, Ukrayna faktiki olaraq Donbasda antiterror əməliyyatlarından imtina edir.

Ukrayna parlamenti "Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında vəziyyətin dinc yolla tənzimlənməsi üçün lazımi şəraitin yaradılması haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.

"Report” UNN-ə istinadən xəbər verir ki, qanun layihəsinin təşəbbüskarı Ukrayna Prezidenti Petro Poroşenkodur.

Məlumata görə, 233 deputat qanun layihəsinin lehinə səs verib. Sənədin qəbulu üçün azı 226 səsə ehtiyac olub.

Qeyd edək ki, Ukrayna parlamentinin 450 üzvü var.

Bu sənəd Ukraynanın suverenliyini Donetsk və Luqansk vilayətlərində təmin etmək üçün xüsusi dövlət siyasətinin yürüdülməsi haqqındadır. Sənəddə Ukrayna faktiki olaraq Donbasda "antiterror əməliyyatları"ndan imtina edir, Rusiya "təcavüzkar dövlət” elan olunur, Donetsk və Luqanskdakı tanınmayan respublikaların əraziləri "müvəqqəti işğal” zonaları adlandırılır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM