Ukrayna Pasxa ərəfəsində silahlılara qarşı əməliyyatları dayandırır. Xarici işlər naziri Andrey Deşitsa deyib ki, inzibati binaları zəbt rusiyapərəst qüvvələrə qarşı başlanan əməliyyatlar müvəqqəti olaraq dayandırılır. ABŞ Ukrayna böhranı ilə bağlı Cenevrə razılaşmalarına əməl olunmadığı təqdirdə Rusiyanı daha sərt iqtisadi sanksiyalarla hədələyib.
Ağ Evi tənqid edən Rusiya razılaşma ilə bağlı özünə qarşı “günahkar şagird” rəftarının olduğunu deyib. Bu arada Ukraynadakı rusiyapərəst separtaçılar inzibari binaları tərk etməyəcəyini bildiriblər. Cümə axşamı Rusiya, Ukrayna, Avropa İttifaqı və ABŞ nümayəndələrinin görüşündə əldə olunmuş razılaşmaya əsasən Ukraynadakı silahlı qruplar tərksilah edilməli və zəbt olunmuş inzibati binalar boşaldılmaldır. Tərəflər həmçinin etirazlarda iştirak edənlərə qarşı amnistiyanın tətbiq olunacağını bəyan ediblər. Lakin Donetsk separatçılarının Klikləyin sözçüsü Kiyevdəki qeyri-qanuni hökumətin istefasınadək binalardan çıxmayacağını bildirib.
Milli Təhlükəsizlik məsələləri üzrə ABŞ prezidentinin müşaviri Susan Rice deyib ki, Cenevrə razılaşmalarının yerinə yetirilmədiyi təqdirdə Moskvaya qarşı sanksiyalar "Rusiya iqitisadiyyatının çox mühüm sektorlarına" qarşı yönələcək.
ABŞ Rusiyaya çağırışında Şərqi Ukraynanın 9 şəhərində inzibati binaları ələ keçirən separatçılara qarşı öz nüfuzundan istifadə etməyə səsləyib.
Prezident Barak Obama Ukraynada gərginliyin azaldılması üzrə razılaşmaları alqışlayıb, lakin onların müvəffəqiyyətinə dair bir o qədər də nikbin olmadığını deyib.
BBC