Ukrayna prezidenti geri addım atdı - Avropayla danışıqlar başlayır

12:03 | 03.12.2013
Ukrayna prezidenti geri addım atdı - Avropayla danışıqlar başlayır

Ukrayna prezidenti geri addım atdı - Avropayla danışıqlar başlayır

Rəsmi Kiyev avrointeqrasiya məsələlərini müzakirə etmək üçün Avropa Komissuyasından Ukrayna nümayəndə heyətini qəbul etməyi xahiş edib

ANN.Az-ın "Utro.ru"ya istinadən verdiyi xəbərə görə, bu gün Ukrayna prezidenti Viktor Yanukoviç Avrokomissiyanın rəhbəri Joze Manuel Barrozodan respublikanın Avropaya inteqrasiya məsələlərini müzakirə etmək üçün Ukrayna deleqasiyasını qəbul etməyi xahiş edib. Barrozo cavabında deleqasiyanı qəbul etməyə hazır olduğunu bildirib, ancaq vurğulayıb ki, Ukrayna nümayəndə heyətini danışıqları yeniləmək üçün deyil, hansısa detalları müzakirə etmək üçün qəbul edə bilər. Növbəti konsultasiyanın nə vaxt baş tutacağı məlum deyil. 

Yanukoviç Avrokomissiyanın rəhbərinə "Avromeydan"da baş verən polis zoraklılığını araşdıracağı və bunun nəticələri barədə açıqlama verəcəyi barədə  söz verib. Bu haqda Avrokomissiyanın rəsmi saytında məlumat verilib. 

Xatırladaq ki, Kiyevdə baş tutan aksiyalarda yüzminlərlə insan iştirak edib. Mitinqçilər Meydanı ələ keçiriblər. Etirazçılar həmçinin Kiyev meriyasını, Prezident administrasiyasını ələ keçirməyə cəhd ediblər. Polislə və xüsusi təyinatlılarla toqquşmada onlarla adam xəsarət alıb. Hadisələr barədə 11 cinayət işi açılıb. Etirazların davam edəcəyi gözlənilir. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb