Milli Strateji Tətqiqatlar İnstitutunun direktoru da Viktor Yanukoviçin əmri ilə vəzifəsindən azad edilib
Ukrayna prezidenti Viktor Yanukoviç mətbuat katibi Darya Çepakı vəzifəsindən azad edib. ANS PRESS-in “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə fərman yanvarın 25-də prezidentin rəsmi saytında dərc olunub.
Qeyd edək ki, Darya Çepak 2011-ci ildən prezidentin mətbuat katibi vəzifəsində çalışırdı. O, əvvəllər Ukraynanın bir çox kütləvi informasiya vasitələrində jurnalist işləyib.
Qaynar.info
Bizi sosial şəbəkələrdə izləyin !