Ukrayna prezidenti müxalifətin əsas tələblərini qəbul etdi

16:53 | 21.02.2014
Ukrayna prezidenti müxalifətin əsas tələblərini qəbul etdi

Ukrayna prezidenti müxalifətin əsas tələblərini qəbul etdi

Ukrayna prezidenti Viktor Yanukoviç ölkədə qarşıdurmaya və siyasi böhrana son qoymaq üçün bir sıra təşəbbüslərlə çıxış edib.

APA-nın xəbərinə görə, Ukrayna prezidentinin saytında V. Yanukoviçin bəyanatı yerləşdirilib.  Bəyanatda dövlət başçısı müxalifətin əsas tələbi olan 2004-cü ilin Konstitusiyasına qayıtmaq təşəbbüsünü irəli sürüb. Belə ki, prezidentin, parlamentin və hökumətin səlahiyyətlərini tənzimləyəcək Konstitusiya islahatına dərhal başlanacaq və bu proses 2014-cü ilin sentyabrında başa çatacaq. Bu islahat nəticəsində prezidentin səlahiyyətləri ixtisar ediləcək, parlament və hökumətin rolu artırılacaq.  V. Yanukoviç müxalifətin digər tələbi olan ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinə də razılaşıb. Növbədənkənar seçkilərin Konstitusiya islahatından sonra, 2014-cü ilin dekabrından gec olmayaraq keçirilməsi planlaşdırılır. Seçkiyə qədər yeni seçki qanunvericiliyi qəbul ediləcək və ATƏT-in, Venesiya Komissiyasının standartlarına, tövsiyələrinə uyğun şəkildə proporsional əsasda yeni Mərkəzi Seçki Komissiyası formalaşdırılacaq. Prezident siyasi qüvvələri milli etimad hökumətinin formalaşdırılmasına da çağırıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM