Ukrayna prezidenti Rusiyanı sərhədi bağlamağa çağırıb

13:38 | 11.12.2014
Ukrayna prezidenti Rusiyanı sərhədi bağlamağa çağırıb

Ukrayna prezidenti Rusiyanı sərhədi bağlamağa çağırıb

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanı sərhədi bağlamağa, habelə Donetsk və Luqansk vilayətlərindən qoşunları çıxarmağa çağırıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Avstraliyada səfərdə olan P. Poroşenko Donbas regionundakı münaqişəyə görə Rusiyanın məsuliyyət danışıdığını bildirib.

"Xahiş edirəm, atəşi dayandırın, girovları azad edin, qoşunları ərazimizdən çıxarın”, - deyə o vurğulayıb. P. Poroşenko qeyd edib ki, əgər Rusiya Ukrayna ilə sərhədi bağlasa, bir neçə həftədən sonra ölkədə sülh və əmin-amanlıq bərqərar olunacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM