Ukrayna prezidentinin böyük oğlu, Aleksey Poroşenko ölkənin Cənub-Şəqrində terrorçulara qarşı əməliyyatlarda iştirak edir. Lent.az-n məlumatina görə, bu barədə modern.az xarici mətbuata istinadən xəbər verib. Xəbərə görə, Vinnitski vilayət şurasının 29 yaşlı deputatı evdə 3 aylıq oğlu Petyanı və həyat yoldaşı Yuliyanı qoyaraq gizli şəkildə döyüşməyə gedib. Bu haqda Poroşenko ailəsinə yaxın adamlar xəbər yayıblar. Mənbə bildirib ki, 4 həftə əvvəl Alekseyə çağırış vərəqəsi gəlib: “O indi Müdafiə Nazirliyinin terror əleyhinə əməliyyatlar keçirilən dəstəsində xidmət edir. Ola bilsin ki, Alekseyi döyüşçülər arasında başqa ad və soyadla tanıyırlar”.
Terror əleyhinə əməliyyatlar mərkəzinin qrup rəhbəri Yuri Tandit bu məlumat təsdiqləyib. Onun sözlərinə görə, Aleksey Poroşenko özünü ciddi aparır. Bununla belə, prezident Pyotr Poroşenko heç yerdə oğlunun orduda xidmət etməsi ilə bağlı bir kəlmə belə danışmayıb.
ANN.Az