Ukrayna Xarici İşlər Nazirliyi Monqolustana qarşı demarş elan etmək qərarına gəlib.Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bu qərar Rusiya Prezidenti Vladimir Putinin Ulan-Batora səfəri zamanı həbs edilməməsi ilə bağlı verilib.
"Monqolustan tərəfi, Roma Nizamnaməsini imzalayan Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Putin üçün verdiyi həbs qərarını icra etməkdən imtina etməsindən Ukraynanın dərin məyusluğu ilə bağlı məlumatlandırılıb”, - bəyanatda bildirilir.
Qeyd olunur ki, Kiyev gələcəkdə Monqolustanla ikitərəfli münasibətləri inkişaf etdirərkən, eləcə də beynəlxalq platformalarda mövqeyini formalaşdırarkən onun qərarını nəzərə alacaq.
Ulan-Bator Kiyevlə dostluq münasibətlərinin bərpası istiqamətində addımlar atacaq.
Qeyd edək ki, Rusiya lideri sentyabrın 2-si Ulan-Batora gedib. Belə ki, bu, Putinin Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini imzalamış ölkəyə ilk səfəri olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !