Ukrayna qaçqınları üçün yarım milyard ayrılacaq

20:11 | 01.09.2014
Ukrayna qaçqınları üçün yarım milyard ayrılacaq

Ukrayna qaçqınları üçün yarım milyard ayrılacaq

FMX (Federal Mühacirət Xidməti) Ukrayna qaçqınlarının qəbulu və yerləşdirilməsi üçün 573,4 milyon rubl alacaq.

 

Axar.az “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu vəsaitə qaçqınlar üçün yerləşdiriləcəkləri ərazilərə bilet alınacaq, həmçinin onlar geyim, yatacaq dəsti və ərzaqla təmin ediləcəklər.

 

Pulun 2014-2016-cı illər üçün ayrlmış federal büdcə proqramından götürüləcəyi gözlənilir. Qeyd edilir ki, bu büdcə Rusiya vətəndaşlarına kiçik sahibkarlığa dəstək və sosial yardım üçün nəzərdə tutulmuşdu. 

 

FMX-nin məlumaatına görə, Ukraynanın şərqindəki konfliktlə əlaqədar Rusiya ərazisinə ilkin olaraq 820 min Ukrayna vətəndaşı pənah gətirib və burada qalıb. 130 mindən çox qaçqın müvəqqəti sığınacaq və qaçqın statusu almaq üçün Rusiya hökumətinə müraciət edib.  

 

 Xatırladaq ki, Kiyevlə qondarma Donetsk Xalq Respublikasının separatçıları arasında münaqişə 2014-cü ilin aprelindən başlayıb və BMT-nin 27 avqust tarixinə olan məlumatına görə, 2593 nəfər silahlı münaqişənin qurbanı olub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti