Ukrayna qoşunları Debaltsevo şəhərindən geri çəkilir, "Donbass" batalyonunun komandiri, Ali Rada deputatı Semyon Semyonçenko xəbər verib.
"Qoşunların geri çəkilməsi planlı sürətdə, mütəşəkkil qaydada həyata keçirilir. Debaltsevo-Artemovsk yoluna ukrayna qüvvələrinin nəzarətindədir", Semyonçenko Facebook səhifəsində yazıb.
S.Semyonçenkonun məlumatını Debaltsevoda çalışan jurnalistlərin göndərdiyi fotolar da təsdiqləyir.
Semyonçenko qeyd edib ki, separatçılar yolları kəsməyə və qoşunların geri çəkilməsinə maneə törətməyə çalışırlar.
Separatçılar isə ukraynalı hərbçilərin kütləvi sürətdə silahlarını separatçılara təhvil verdiklərini bildirirlər, lakin bu xəbərin digər mənbələrdən təsdiqi yoxdur.
Ukrayna Müdafiə Nazirliyinin rəsmiləri qoşunların Debaltsevo şəhərini tərk etməsi xəbərini hələlik nə təsdiq, nə təkzib ediblər.
BBC Azeri
Bizi sosial şəbəkələrdə izləyin !