Ukrayna Rusiya ilə danışıqlara hazır olduğunu bəyan edib

13:35 | 24.07.2024
Ukrayna Rusiya ilə danışıqlara hazır olduğunu bəyan edib

Ukrayna Rusiya ilə danışıqlara hazır olduğunu bəyan edib

Kiyev Moskva ilə danışıqlara hazırdır. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın bəyanatı onun rəhbərlik etdiyi idarənin saytında dərc olunub.

İyulun 24-də diplomat çinli həmkarı Vanq Yi ilə görüş keçirib, iki ölkənin Xarici İşlər nazirliklərinin rəhbərləri həmçinin Ukrayna münaqişəsi zonasındakı vəziyyəti və danışıqlara başlamaq imkanlarını müzakirə ediblər.

Xarici işlər naziri aydınlaşdırıb ki, dialoqa başlamaq üçün şərtlərdən biri Rusiya Federasiyasının xoş niyyətlə danışıqlar aparmaq istəyidir. Diplomatın dediyi kimi, hazırda Kiyev Moskvanın belə istəklərini müşahidə etmir.

İyulun 21-də Ukrayna prezidenti Vladimir Zelenski ölkənin bu cür dialoqa qadağa qoymasına baxmayaraq, Rusiya lideri Vladimir Putinlə sülh danışıqlarının aparılmasının mümkünlüyünü etiraf edib.
 
Dövlət başçısı izah edib ki, növbəti "sülh sammiti” çərçivəsində münaqişənin həlli ilə bağlı müzakirələr aparıla bilər.

Daha əvvəl Putin Moskvanın Kiyevlə danışıqlara hazır olmasından danışıb.
 
Rusiya 2021-ci ilin fevralından Ukraynada hərbi əməliyyat keçirtməklə bağlı qərar imzalayıb. Qərardan sonra Amerika və Avropanın 27 ölkəsi Rusiyaya qarşı çıxıb. Belə ki, bu müharibədə qərb Ukrayanya maddi və silah yardımı edib. Hazırda Rusiyaya qarşı 14-cü sərt sanksiyalar paketi hazırlanıb. Bu gün Avropa İttifaqında Rusiyanın xaricdə olan hesablarının dondurulması məsələsi müzakirə olunacaq. Rusiyanın hərbi əməliyyatlarından sonra dünyanın məhşur brendləri Rusiya bazarını tərk etmək barəsində qərar veriblər. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM