Ukrayna Rusiya ilə sərhəd qapılarını bağlayır

12:56 | 26.09.2014
Ukrayna Rusiya ilə sərhəd qapılarını bağlayır

Ukrayna Rusiya ilə sərhəd qapılarını bağlayır

Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın Müdafiəsi və Təhlükəsizlik vəziyyətinin gücləndiriliməsi ilə bağlı tədbirlərə başlayıb.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, tədbirlər siyahısında Rusiya ilə sərhəd qapılarının müvəqqəti olaraq bağlanmasına dair maddə də yer alıb. Tədbirlər siyahısında aşağıdakılar da yer alıb: Rusiya Federasiyası ilə danışıqlar üçün ümumi qaydaları hazırlamaq, milli iqtisadiyyatı dövrün şərtlərinə görə tənzimləmək, Rusiya Federasiyasına istiqamətli xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlər (sanksiyalar) mövzusunda təklif etmək, Rusiya ilə sərhəd keçid nöqtələrinin müvəqqəti olaraq ləğv edilməsini təmin etmək, Ukraynaya idxal ediləcək təhlükəsizlik və müdafiə vəsaitlərini vergidən azad tutmaq, hərbi personalın maaşlarını yüksəltmək və.sANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM