Ukrayna Rusiya qazından tamamilə imtina edə bilər

14:58 | 03.03.2014
Ukrayna Rusiya qazından tamamilə imtina edə bilər

Ukrayna Rusiya qazından tamamilə imtina edə bilər

Ukrayna Rusiya qazından tamamilə imtina edə bilər.APA-nın “İnterfaks-Ukrayna”ya istinadən verdiyi məlumata görə, Ukraynanın energetika və kömür sənayesi nazirliyində bu variantı istisna etmirlər. Ukrayna tərəfi qiymətlərin bahalaşacağı yaxud da Rusiyanın hərbi müdaxiləsinin geniş vüsət alacağı təqdirdə müvafiq qərar verəcək. Eyni zamanda “Naftoqaz” hazırda “Qazprom”la mövcud qiymət tarifinin qorunub saxlanılması ilə bağlı danışıqlar aparır. Ukrayna energetika və kömür sənayesi naziri Yuri Prodan nazirlər səviyyəsində məsləhətləşmələrin aparılmadığını bildirib. Onun sözlərinə görə, Rusiya tərəfi məsləhətləşmələrə maraq göstərmir. Ukrayna energetika və kömür sənayesi nazirliyindəki mənbə isə bildirib ki, hazırda Kiyev digər qaz mənbələrini axtarır. Onun sözlərinə görə, Ukraynanın Macarıstan və Polşadan 6 mln. kubmetr qaz idxal etmək imkanları var. Habelə Slovakiyadan qaz almaq üçün texniki imkanlar mövcuddur. Xatırladaq ki, fevralda Ukraynanın Rusiyadan aldığı qazın min kubmetrinin qiyməti 268,5 dollardır. Güzəştlərin davamı ilə bağlı tərəflər arasında anlaşma baş tutmasa, qiymət yenidən 400 dollar civarında ola bilər. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti