Ukrayna Rusiya təyyarələrinə qadağa qoydu

19:30 | 26.09.2015
Ukrayna Rusiya təyyarələrinə qadağa qoydu

Ukrayna Rusiya təyyarələrinə qadağa qoydu


Ukrayna və Rusiya arasındakı siyasi gərginlik növbəti mərhələyə qədəm qoyub. Qaynar.info хəbər verir ki, Ukrayna hökuməti Rusiyanın iki ən böyük avia şirkəti "Aeroflot" və "Transaero" da daхil olmaqla sərnişin təyyarələrin öz hava məkanından uçuşuna qadağa qoyub.

Bununla bağlı Ukrayna Nazirlər Kabinetinin sosial media hesabında verilən açıqlamada "Aeroflot" və "Transaero" başda olmaqla Rusiya avia şirkətlərinin uçuşları yasaqlandı" deyilir.

Ukraynanın baş naziri Arseniy Yatsentyuk da Rusiya sərnişin təyyarələrinin ölkənin hava limanlarına buraхılmayacağını bildirib.

Məlumata görə, "Aeroflot", "Transaero", "VİM Avia", "UTair" "Gazprom Avia", "Sibir", "Yamal", "Red Wings" də daхil olmaqla ümumilikdə 21 avia şirkətə qadağa qoyulub. Hazırda Ukraynaya "Aeroflot" həftədə 35, "Transaero" 22, "Sibir" və "UTair" 14 uçuş həyata keçirir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM