Ukrayna Daxili İşlər Nazirliyi Rusiyadan Viktor Yanukoviçin həbs edilərək ekstradisiya olunmasını tələb edəcək. Trend-in UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov deyib.Onun sözlərinə görə, V.Yanukoviç İnterpolun bazasına daxil edilən kimi onun və digər şəxslərin ekstradiyası tələb olunacaq:"Ukrayna hakimiyyətdən sui-istifadə və qətllər törətmək ittihamı üzrə həbs edilməli olan V.Yanukoviç və digər şəxslərin adının İnterpol bazasına daxil edilməsi üçün ərizə göndərib. İnterpol 10 gün ərzində cavab verməlidir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !