Oxu.Az "Rosbalt”a istinadən xəbər verir ki, Rusiya Federasiyasının mülki təyyarələrin uçuşuna qadağanın qoyulmasını Ukraynanın baş naziri Arseni Yatsenyuk bildirib.
"Daha öncə hərbi təyyarələrin uçuşuna qadağa qoyulmuşdu, indi qadağa mülki təyyarələrə də aiddir. İnfrastruktur Nazirliyindən Rusiyanın bütün aviaşirkətləri üçün hava məkanının bağlanması üçün beynəlxalq hüququn normalarından istifadə etməsini xahiş edirəm”, - Yatsenyuk bəyan edib.
Baş nazir həmçinin Ukraerorux-a (Ukraynanın Dövlət hava hərəkəti xidməti müəssisəsi) Ukrayna hakimiyyətinin qərarı barədə Rusiya tərəfini xəbərdar etməyi tapşırıb.
Xatırladaq ki, sentyabrda Kiyev Rusiya aviaşirkətlərinə qarşı Ukraynaya uçuşlara məhdudiyyət və ya qadağa nəzərdə tutulan sanksiyaları tətbiq edib. Rusiya cavab olaraq simmetrik addım atıb. Oktyabrın 25-də iki ölkə arasında aviaəlaqə tamamən kəsilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !