Ukrayna ABŞ-dən Rusiya Federasiyasının dondurulmuş aktivləri hesabına əldə edilmiş 1 milyard dollar məbləğində ilk qrantı alıb.Bu barədə ölkənin Baş naziri Denis Şmıqal öz teleqram kanalında məlumat verib.
O, bildirib ki, söhbət ABŞ-nin səlahiyyətli orqanları tərəfindən təsdiq edilmiş ümumi məbləği 20 milyard dollar olan kreditin birinci tranşından gedir. ABŞ Maliyyə Nazirliyinin rəhbərliyi bunu dekabrın birinci yarısında təsdiqləyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !