Ukrayna Rusiyaya donuz ətinin ixracını dayandırdı

09:12 | 26.02.2014
Ukrayna Rusiyaya donuz ətinin ixracını dayandırdı

Ukrayna Rusiyaya donuz ətinin ixracını dayandırdı

Ukrayna Dövlət Baytarlıq və Fitosanitar Xidməti fevralın 3-dən ölkədən Rusiyaya ixrac olunan diri donuzların və donuzçuluq sahəsinə aid malların sertifikatlaşdırılmasını dayandırıb.APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Rusiya Dövlət Kənd Təsərrüfatına Nəzarət Xidməti (Rosselxoznadzor) ötən gün ərazi idarələrinə müvafiq bildiriş ünvanlayıb.  Rusiya Dövlət Kənd Təsərrüfatına Nəzarət Xidmətinin saytında bildirilir ki, sertifikatlaşdırılmanın dayandırılması bütün Ukrayna şirkətlərini əhatə edib. Bundan əvvəl baytarlıq sertifikatlaşdırılmanın dayandırılması yalnız Luqansk, Xarkov və Donetsk vilayətlərinə şamil olunurdu.   Məlumata görə, Rosselxoznadzor bundan əvvəl Ukrayna Dövlət Baytarlıq və Fitosanitar Xidmətinə müraciət edərək Luqansk vilayətində Afrika taunu xəstəliyinin aşkarlanması səbəbindən donuz ətinin ölkədən Rusiyaya ixracını dayandırılmasını xahiş edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti