Ukrayna Rusiyaya vaxt qoydu

15:24 | 04.08.2014
Ukrayna Rusiyaya vaxt qoydu

Ukrayna Rusiyaya vaxt qoydu

"Bir neçə aya ölkəni separatçılardan tamamilə təmizləyəcəyik"

“Ukraynanın cənub-şərqi qış ayına qədər rusiyameyilli silahlılardan tamamilə təmizlənəcək”. ANS PRESS-in məlumatına görə, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (UMTMŞ) rəsmisi Andrey Lısenko bəyan edib.

“112 Ukraina” telekanalına müsahibə verən Andrey Lısenkonun sözlərinə görə, Ukrayna sərhədinə yerləşdirilən Rusiya qoşunları genişmiqyaslı hərbi müdaxiləyə hazırlaşır.

“Lakin rəsmi Moskva bunu gizlədir. Biz demək olar ki, ölkənin cənub-şərqində nəzarəti ələ almışıq. Qış ayına kimi bölgədəki vəziyyətə tamamilə biz nəzarət edəcəyik. Ya separatçıları ölkədən çıxaracağıq, ya məhv edəcəyik, ya da əsir götürəcəyik. Rusiya tərəfdən hər bir təxribatın qarşısını alacağıq. Bir neçə aydan sonra ölkədə sakitlik hökm sürəcək”, Andrey Lısenko bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM