Ukrayna SQ-nin baş komandanı: "Ordumuz silahla tam təchiz edilib"

19:30 | 09.04.2021
Ukrayna SQ-nin baş komandanı:

Ukrayna SQ-nin baş komandanı: "Ordumuz silahla tam təchiz edilib"

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Ruslan Xomçak ordunun döyüşə hazır olduğunu bildirib.

Xomçak "1 + 1” televiziya kanalına verdiyi açıqlamasında Ukrayna ordusunun düşməni dəf etmək üçün lazımi silahlarla təchiz edildiyini vurğulayıb: "Biz həqiqətən atəşkəsin pozulma hallarının artdığını görürük. Silahlı Qüvvələrin hərbi hissələrinin bütün cəbhə boyu adekvat cavabları var. Hərbçilərimiz tam silahlandırılmış vəziyyətdədir”. 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb