Ukrayna və Avropa Birliyi danışıqları Rusiyasız aparacaq

09:54 | 13.12.2013
Ukrayna və Avropa Birliyi danışıqları Rusiyasız aparacaq

Ukrayna və Avropa Birliyi danışıqları Rusiyasız aparacaq

 Avropa Birliyinin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle bəyan edib ki, Ukrayna və Avropa Birliyi assosiasiya haqqında sazişə dair danışıqları Rusiyasız aparmaq barədə razılığa gəliblər.APA-nın məlumatına görə, bu barədə “İTAR-TASS” xəbər agentliyi xəbər verir.   “Ukrayna xalqını əmin edə bilərəm ki, danışıqlar davam etdiriləcək. Biz Ukraynanın avrointeqrasiyaya yönəlmiş kursunu dəyişmirik. Avropa, öz növbəsində, Ukraynanı əmin edib ki, avrointeqrasiya prosesi Ukrayna üçün əlverişli olacaq”, deyə Ukraynanın baş nazirinin birinci müavini Sergey Arbuzov qeyd edib. “RİA Novosti”nin verdiyi xəbərə görə,  Ştefan Füle ötən gün Sergey Arbuzovla görüşündən sonra assosiasiya haqqında sazişin tətbiqi üçün yol xəritəsinin hazırlanması və Kiyevi Beynəlxalq Valyuta Fondu ilə danışıqlarda dəstək göstərilməsinə dair razılığın əldə olunduğunu bəyan edib.    “Ukrayna tezliklə Avropa Birliyi ilə assosiasiya haqqında sazişi imzalayacaq”, deyə Ukraynanın baş nazirinin birinci müavini əlavə edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb