Ukrayna silahlı qüvvələri sayca Rusiya ordusundan xeyli geridədir.
Moskvanın ixtiyarında olan canlı qüvvə Ukraynanın əsgəri qüvvəsindən azı 4 dəfə çoxdur, tankların sayına görə isə üstünlük ikiqatdır.
Ukrayna silahlı qüvvələrinin və hərbi texnikanın hazırlıq səviyyəsinin də kifayət dərəcədə olmaması nəzərə alınmalıdır.
Ölkə daxilində parçalanma təhlükəsi nəzərə alınarsa, Ukrayna hərbi hissələrinin Kiyevdə müvəqqəti siyasi liderlərə loyallığı da sual altına alına bilər.
Elit Qüvvələr
Rusiya sayca Ukrayna ilə həmsərhəd bölgələrdə 150,000-dən çox hərbi canlı qüvvə cəmləşdirə bilər.
Bundan əlavə Moskvanın ehtiyatında eləcə də, Novorossiyskdə mənzillənən 7-ci Qvardiya Aviadivizionu və Daxili Qoşun hissələri də var.
Ukrayna ordusu zahirən Rusiya ordusuna bənzəyir. Lakin daha azsaylı, azhazırlıqlı və daha geridə qalmış vəziyyətdədir.
Ukrayna NATO partnyorluq proqramlarında iştirak etsə də, NATO-nun bu ölkənin təhlükəsizliyini təmin etmək öhdəliyi yoxdur. Beləliklə, NATO-nun bu məsələyə qarışması söhbət mövzusu deyil.
Rusiya qüvvələri
Rusiyanın Qara Dəniz Donanması Ukrayna qüvvələrini hərbi bazalarında blokadaya almaq gücündədir.
Son bir neçə gün ərzində Rusiya qüvvələri gücləndirilsə də, Moskvanın lazım gələrsə, bölgəyə xeyli sayda əlavə hissələr göndərmək imkanı var.
İndiyədək Rusiya hərbiyyəsinin Ukraynada keçirdiyi əməliyyatlar qan tökülmədən başa çatıb – Ukrayna bölmələri bəzən yalnız passiv müqavimət göstəriblər.
İrimiyaslı hərbi qarşıdurmanın ehtimalı böyük olmasa da, Rusiya qüvvələrinin Ukraynanın şərq hissəsinin üstünə getməsi ölkədə rusiyapərəst qüvvələrlə Rusiya əleyhdarları arasında vətəndaş müharibəsinin qızışmasına təkan verə bilər.
BBC Azeri