Ukrayna XİN Belarus xalqına müraciət edib

22:00 | 26.03.2023
Ukrayna XİN Belarus xalqına müraciət edib

Ukrayna XİN Belarus xalqına müraciət edib

Ukrayna Xarici İşlər Nazirliyi Belarus xalqına müraciət edib.

Bu barədə nazirliyin saytında yazılıb.

Belarus xalqı Rusiyanın bu ölkə ərazisində taktiki nüvə silahları yerləşdirməsinin qarşısını almalıdır: "Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin öhdəliklərinə zidd olaraq Rusiyanın Belarusda nüvə silahları yerləşdirməsi Minski Moskvanın girovuna çevirəcək”.

Kiyev Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirilməsi ilə bağlı bəyanatları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının dərhal növbədənkənar iclasının çağırılmasını tələb edir: "Rusiyanın bu açıqlaması beynəlxalq təhlükəsizlik sistemi üçün təhdiddir. Belə niyyətlər dünya ictimaiyyətində narahatlıq yaratmaya bilməz. Çünki Rusiya bunu Ukraynaya qarşı əsassız təcavüzkar müharibəsinin davam etməsi kontekstində elan edir. Rusiya suveren dövlətə qarşı döyüş meydanında qalib gələ bilmədiyini nümayiş etdirir”.

Ukrayna XİN həmçinin "G 7” və Avropa İttifaqı ölkələrinə müraciət edib. Rəsmi Kiyev hesab edir ki, Belarusda taktiki nüvə silahlarının yerləşməsinin mümkün nəticələri barədə Rusiyaya ciddi xəbərdarlıq olunmalıdır.

Vladimir Putin "Rossiya-24” telekanalına müsahibəsində Belarusda taktiki nüvə silahının yerləşdiriləcəyini açıqlayıb.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiya Prezidentinin bu qərarını blef hesab edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti