Ötən il Rusiyanın ilhaq etdiyi Krım yarımadasında 29 min rus əsgərinin yerləşdirildiyi məlumdur. Hodjese görə, Rusiya lideri Vladimir Putin Ukraynada separatçılara silah yardımı edərək, ölkə üzərindəki təzyiqi artırmağı qarşısına məqsəd qoyub.
ABŞ generalı, Ukraynanın kəşfiyyat cihazlarına, silahlı təcavüzə qarşı qoyacaq imkanlara, xüsusilə rus tanklarını dayandıracaq hərbi ləvazimatlara ehtiyacı olduğunu vurğulayıb.
Ben Hodjes həmçinin Ağ Evin hələ Ukraynaya silah göndərməyə qərar vermədiyini bildirərək, problemin diplomatik yollarla həll etmə cəhdində olduğunu müdafiə edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !