Ukrayna rəsmiləri ölkənin şərqində - seperatçılarla döyüşlərin getdiyi ərazidə 2 rus əsgəri yaxalandığını bəyan edib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Ukrayna Terrorla Mübarizə Mərkəzinin mətbuat katibi Anrey Lisenko döyüş əməliyyatlarına könüllü qoşulan "Aydar" taburunda yer alan hərbçilərin Luqansk yaxınlığındakı Sçastye qəsəbəsində 2 rus əsgərini əsir aldıqlarına dair açıqlama verib.
Atəşkəsə rəğmən son 24 saat ərzində Rusiyapərəst seperatçılarının hücumlarının artdığını bildirən Lisenko bölgədə gərginliyin davam etdiyini deyib. O, seperatçıların bu hücumları zamanı Sverlodor, Popastnoe, Sçastye, Peski, Staroqnatovka, Avdeevka, Qranitnoe, Opitnoe, Vodyanoe və Mariikka qəsəbələrinin zərər gördüyünü qeyd edib.
Əsir götürülən yaralı rus əsgərləri xəstəxanaya çatdırılıb. Onların həkimi Qriqoriy Maksimetsin açıqlamasına görə, Luqansk yaxınlığında döyüşən və Ukrayna hərbçilərinin əsir aldıqları əsgərlər Rusiyanın Samara şəhərindəki hərbi hissəyə qeydiyyatlıdırlar.
Qeyd edək ki, fevralın 15-dən Ukraynanın şərqindəki hadisələrlə bağlı atəşkəs elan olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !