Ukraynada 3 azərbaycanlı mühüm dövlət vəzifələrinə seçilib - FOTO

12:19 | 09.06.2014
Ukraynada 3 azərbaycanlı mühüm dövlət vəzifələrinə seçilib - FOTO

Ukraynada 3 azərbaycanlı mühüm dövlət vəzifələrinə seçilib - FOTO

Azərbaycanın Dubaydakı keçmiş vitse-konsulu, hazırda Ukrayna Qafqaz Xalqları Konqresinə rəhbərlik edən Paşa İlisuyskiy (Məmmədov), tanınmış hüquqşünas Aqiyə Axundova və məşhur jurnalist Rəna Nəzərova Ukraynada milli-demokratik qüvvələrin hakimiyyətə gəlməsindən sonra dövlət orqanlarında mühüm vəzifələrə seçiliblər.P. İlisuyskiy (Məmmədov) APA-ya açıqlamasında bildirib ki, Ukrayna Xarici İşlər Nazirliyinin Radasına təyinat alıb. XİN-in Radası Ukrayna xarici siyasətinin müəyyən olunmasında məşvərətçi orqandır, eyni zamanda səfirlərin təyinatı zamanı təqdimat funksiyasını yerinə yetirir. P. İlisuyskiy (Məmmədov) XİN-in Radasında yer alan yeganə azərbaycanlıdır. O, Azərbaycanın Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi, Qax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Xəyyam Məmmədovun oğludur. Ukraynanın məşhur jurnalisti Rəna Nəzərova isə mayın 25-də keçirilən seçkilərdə Kiyev şəhər Radasına üzv seçilib. O, Kiyev meri seçilən Vitali Kliçkonun “UDAR” (Ukrainskiy Demokratiçeskiy Alyans za Reformı) Partiyasının siyahısından Kiyev Radasına üzv seçib və bu orqanda təmsil olunan yeganə azərbaycanlıdır. Bundan başqa tanınmış hüquqşünas Aqiyə Axundova isə Ukrayna Nazirlər Kabinetinin qərarı ilə ölkənin Dövlət İcraçıları Xidməti rəisinin birinci müavini təyin edilib. A. Axundova Maydan hərəkatı iştirakçılarının hüquqlarının aktiv müdafiəçisi olub.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM