"Ukraynada 5 min yox, 50 min adam öldürülüb"

20:03 | 10.02.2015

"Ukraynada 5 min yox, 50 min adam öldürülüb"

Ukraynadakı qarşıdurmalarda həyatını itirənlərin sayının 50 min olduğu iddia edilir.

 ANN.Az milliyet.com.tr-yə istinadən xəbər verir ki, Almaniya qəzetinin xəbərinə görə, Almaniya kəşfiyyatı Ukraynanın şərqində yaşanan qarşıdurmalarda həyatını itirənlərin sayını 50 min olduğunu bildirir. İndiyə qədər mətbuatda ölənlərin sayının təxminən 5 min olduğu ifadə edilmişdi. Buna görə qəzetin iddia etdiyi kimi gerçəkdə həyatını itirənlərin sayının 10 qat artıq ola biləcəyi gözlənilir.

BMT-nin bildirdiyinə görə, keçən il aprel ayından bu vaxta qədər davam edən qarşıdurmalarda təxminən 5 min 360 adam ölüb. Ukraynalı rəsmilərin verdiyi məlumata görə isə qarşıdurmalarda təxminən 1200 əsgər və 5 min 400 vətəndaş həyatını itirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM