Bu gecə Ukraynada separatçı Donetsk regionuna qaçaqmal ət aparan 5 maşın saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə öz Facebook səhifəsində hərbi jurnalist və könüllü Rodion Şovkoşitnı bildirib.
"İçində 10 tona yaxın ət olan 5 maşın, 9 azərbaycanlı Donetskə gedirdilər, onları orada azərbaycanlı dostları gözləyirdi”, - o yazıb.
Könüllünün sözlərinə görə, qaçaqmalçıları Cinayət Məcəlləsinin 332.1-ci maddəsi üzrə 6 il həbs cəzası gözləyir.
"Fiskallar (Maliyyə nəzarətçiləri) qeydiyyat aparırlar. Təfərrüatlar bir azdan – bütün gecə qovulan furanın (böyük üstüörtülü yük maşını) yanına uçuruq”, - o, Facebook səhifəsində yazıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !