Ukraynada Ali Radaya qumbara hücumu

18:12 | 31.08.2015
Ukraynada Ali Radaya qumbara hücumu

Ukraynada Ali Radaya qumbara hücumu

Məlumatlara görə, Ali Radanın qarşısında əl qumbarası partladılıb.

Nəticədə Milli Qvardiyanın binanı qoruyan bir neçə hərbçisi xəsarət alıb.

Deputat Anton Herashchenko Facebook səhifəsində onlardan bir neçəsinin həyatının təhlükədə olduğunu yazır.

"112 Ukraina” televiziya kanalının məlumatına görə qumbaranı hakimiyyətin mərkəzsizləşdirilməsinə qarşı çıxan aksiyaçılardan biri atıb.

Bundan əvvəl aksiyaçılar polis səddini yararaq binaya soxulmaq istəyib.Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Milli Qvardiya toqquşmada 50-ə yaxın hərbi qulluqçunun xəsarət aldığını bildirir.

-

Ukranya parlamenti ölkə konstitusiyasına düzəliş edilməsi ilə bağlı qanun layihəsini ilkin oxunuşda təsdiqləyib.

Düzəlişlərdə ölkənin şərqindəki rusiyapərəst separatçıların nəzarətində olan regionlar, xüsusilə də Donbas və Luqanska yerli özünüidarə səlahiyyəti verilməsi və bunun xüsusi qanunla tənzimlənməsi nəzərdə tutulur.

Avqustun 31-də keçirilən səsvermədə 368 deputatdan 265-i ilkin oxunuşda düzəlişlərin lehinə səs verib.

Qanun layihəsinin növbəti sesiyada keçməsi üçün azı 300 səs lazım olacaq.

Bundan əvvəl düzəlişlərə qarşı çıxan "Radikal Partiya" və "Azadlıq" koalisiyasından olan bir qrup deputat  Ali Radanın tribunasını dövrəyə alaraq səsverməni əngəlləmişdi.

Həmçinin yüzlərlə fəal parlamentin qarşısında etiraz aksiyası keçiriblər.

Bu düzəlişləri iyulun 15-də parlamentə prezident Petro Poroshenko təqdim edib.

Bu, bu ilin fevralında Minskdə əldə edilmiş atəşkəs sazişində nəzərdə tutulur.

Rusiyapərəst separatçılar həmin regionlara xüsusi status verilməsinin Konstitusiyaya salınmasını təkid edirlər.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində kökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6500-dən çox adam ölüb. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti