Ukraynada ara yenə qarışdı

13:19 | 07.04.2014
Ukraynada ara yenə qarışdı

Ukraynada ara yenə qarışdı

Ukraynanın şərqində vəziyyət nəzarətdən çıxıb. Donetsk şəhərində etirazçılar Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) binasını ələ keçiriblər. ANN.Az-ın verdiyi xəbərə görə, bu barədə yerli mətbuat məlumat yayıb. 

Bundan başqa, özlərini "Donbassanın Milli Milisi" adlandıran bir qrup aktivist sosial şəbəkələrdə UTX-nin binasına nəzarəti gücləndirdiklərini bəyan ediblər. 

Bundan əvvəl Rusiya yönümlü aktivistlər əyalətdəki dövlət administraiya binasını hücumla ələ keçirmiş və Rusiya bayrağını qaldırmışdılar. Nümayişçilərin əsas tələbi gələcəyi müəyyənləşdirəcək regional referendumun təşkili üçün yerli şuranın təcili çağırılmasıdır. Əks təqdirdə, onlar yerli şuranı buraxmaqla və özlərinin taleyini özləri müəyyənləşdirəcəyi ilə təhdid edirlər. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM