Ukraynanın şərqində vəzifə başında olan ATƏT nümayəndələrinə atəş açılıb.ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından (ATƏT) verilən açıqlamada müşahidəçiləri daşıyan maşınların olduğu karvana mülki geyimli şəxs tərəfindən atəş açılıb.Rusiyayönümlü separatçıların nəzarətində olan Donetskin 15 kilometr qərbindəki Mariinka qəsəbəsində dünən günortadan sonra baş verən olayda güllələrin maşınlardan birinin iki metr yanından keçdiyi açıqlanıb. Qeyd edək ki, Mariinka qəsəbəsi Kiyev rəhbərliyinin nəzarəti altındadır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !