Ukraynada Azərbaycan diasporunun rəhbərlərindən Hikmət Cavadovun maşını yandırılıb.APA TV-nin “Vesti.az” saytına istinadən yaydığı məlumata görə, dünən axşam saatlarında naməlum şəxslər “Köhnə Bakı” restoranın yaxınlığında Hikmət Cavadovun “Range Rover” markalı maşınının üzərinə benzin tökərək od vurublar. Restoranın işçiləri alovu söndürməyə macal tapıblar. Hadisə Hikmət Cavadov sahibi olduğu restorana gəldikdən yarım saat sonra baş verib. Maşına kimin od vurduğu bilinmir. Hikmət Cavadov “Vesti.az”a açıqlamasında bildirib ki, bu addımı atanlar maşının kimə məxsus olduğunu və sahibinin həmin an restoranda olduğunu biliblər. “Restoranın inzibatçısı dayanacaqda yanğın baş verdiyini görüb. Təəssüf ki, hazırda restoranda təmir işləri getdiyindən müşahidə kameraları işləməyib. Maşını yandıranların bundan da xəbərləri olub. Konkret heç kimdən şübhələnmirəm, bunun üçün əlimdə fakt yoxdur. Lakin hesab edirəm ki, baş verənlər mənim ictimai fəaliyyətimlə bağlıdır. Başqa variant yoxdur, çünki nə biznesdə, nə şəxsi münasibətlərdə münaqişədə olduğum kimsə yoxdur”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !