• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada azərbaycanlı biznesmeni öldürənin kimliyi bilindi

Ukraynada azərbaycanlı biznesmeni öldürənin kimliyi bilindi
30.12.2013 16:17
Dəhşətli qətli iş adamının polkovnik rütbəli qardaşı törədibUkraynanın Luqansk şəhərində evinə silahlı basqın nəticəsində öldürülən azərbaycanlı iş adamı Vidadi Məmmədov və həyat yoldaşı Yavər Məmmədovanın qətli ilə bağlı şübhəli qismində saxlanılan var. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Luqansk vilayəti üzrə sədr müavini Akif Hümbətov APA-ya bildirib ki, saxlanılan şəxs Vidadi Məmmədovun qardaşı Telman Məmmədovdur. A. Hümbətov deyib ki, Ukraynanın böyük həbsxanalarından birinin rəisi olmuş və bu yaxında ehtiyata buraxılan polkovnik rütbəli Telman Məmmədov hadisəni qardaşı ilə aralarında iri məbləğdə pul mübahisəsinə görə törədib. O qeyd edib ki, artıq T. Məmmədov milisə əməlini etiraf edib: "Telman Məmmədov milisə izahatında bildirib ki, həmin gün qardaşının övladının məktəbə getməsindən, evdə ər-arvadın tək olmasından xəbər tutan kimi onlara gedib və tapançadan qardaşı Vidadiyə 5 güllə, onun arvadı Yavərə isə 4 güllə vurub. Lakin bununla kifayətlənməyərək qardaşı arvadının başını da kəsib". A. Hümbətovun sözlərinə görə, milis hadisənin motivinin sadəcə pul mübahisəsi olduğunu düşünmür və bu barədə araşdırma başa çatdıqdan sonra məlumat veriləcək. Bundan başqa, T. Məmmədovun yerli prokurorluq orqanlarında çalışan keçmiş dostlarından birinin ona kömək etməsi və hadisəni törədəcəyi təqdirdə onu həbs olunmaqdan xilas edəcəyi barədə vəd verməsi haqda da məlumat var və bu, araşdırma başa çatdıqdan sonra açıqlanacaq: “Hətta onların meyitlərinin Azərbaycana göndərilməsi üçün sənədlər toplayarkən yerli prokurorluq orqanları bizə maneələr yaratdılar. Sonradan bizə dedilər ki, bunlar məhz qətli törədən şəxs və ya şəxslərə dəstək verən adamlardır". Öldürülən azərbaycanlı iş adamının və həyat yoldaşının meyitləri artıq Rusiya ərazisi vasitəsilə Azərbaycana göndərilib. Onlar doğulduqları Zərdab rayonunda dəfn olunacaqlar. Qeyd edək ki, dekabrın 24-də yerli vaxtla saat 10.30 radələrində iş adamı Vidadi Məmmədov evində silahlı basqına məruz qalıb. O, həyat yoldaşı Yavər Məmmədova ilə birlikdə güllələnərək vəhşicəsinə qətlə yetirilib. V. Məmmədov Ukrayna vətəndaşıdır və restoran biznesi ilə məşğul olub.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Cəmiyyət 22:06
Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Cəmiyyət 18:35
Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 m/s-dək çatıb - faktiki hava
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Cəmiyyət 17:54
Ağstafada hərbi sursat partlayıb, bir nəfər ölüb, bir nəfər yaralanıb - yenilənib
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Cəmiyyət 17:11
Milli Qəhrəman Ehtiram Əliyev vəfat edib
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol