Ukraynada azərbaycanlı iş adamının evinə basqın edənlərdən biri ermənidir

19:12 | 14.01.2014
Ukraynada azərbaycanlı iş adamının evinə basqın edənlərdən biri ermənidir

Ukraynada azərbaycanlı iş adamının evinə basqın edənlərdən biri ermənidir

Ukraynanın Luqansk şəhərində azərbaycanlı iş adamı, keçmiş diaspor rəhbəri Şahin Məmmədovun evinə basqın edən dəstənin üzvlərindən saxlanılanlar var.Luqansk vilayəti Birləşmiş Azərbaycanlılar Konqresindən APA-ya bildirilib ki, dəstə üzvlərindən 2 nəfər saxlanılıb, digərlərinin saxlanılması istiqamətində iş gedir. İstintaq sirri olduğu üçün saxlanılanların kimliyi hələlik açıqlanmır, lakin onların birinin milliyyətcə rus, o birinin erməni olduğu bildirilir. O da qeyd olunur ki, hər iki şəxs rus mafiyasının üzvüdür. Hadisədən dərhal sonra atışma nəticəsində əlindən açılan güllə basqınçılardan birini öldürdüyü üçün həbs olunan Ş.Məmmədovun səhhəti ötən gecə ağırlaşıb və onda ənənəvi olan miostaniya xəstəliyinin əlamətləri şiddətlənib. Ş.Məmmədovu təcridxanadan xəstəxanaya köçürüblər. Qeyd edək ki, ötən il noyabrın 16-da axşam saatlarında Luqanskda Azərbaycan diasporunun keçmiş rəhbəri və hazırkı fəalı, tanınmış iş adamı Ş.Məmmədovun evinə maskalı şəxslər tərəfindən silahlı basqın olub. Baş vermiş atışma nəticəsində Ş.Məmmədovun açdığı atəşdən basqınçıların biri ölüb. Hadisədən dərhal sonra milis Ş.Məmmədovu oğlu ilə birgə həbs edib. Bir gün sonra oğlu sərbəst buraxılsa da, şəxsi silahından açdığı atəş nəticəsində atışmada adam öldürdüyü üçün Ş.Məmmədov barəsində məhkəmə 3 aylıq həbs-qətimkan tədbiri seçib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM