Ukraynada azərbaycanlıları sevindirəcək xəbər

12:45 | 19.05.2014
Ukraynada azərbaycanlıları sevindirəcək xəbər

Ukraynada azərbaycanlıları sevindirəcək xəbər

Ukraynanın Dnepropetrovsk vilayətindən Bakı şəhərinə yeni təyyarə reysi açıldı.Ukrayna Azərbaycanlı Gənclər birliynin Dnepropetrovsk vilayət təşkilatının fəal gənci Asim Qurbanzadənin ANS PRESS-ə verdiyi məlumata görə, 17 may Dnepropetrovsk-Bakı reysinin acılışı uğurla baş tutub. Reysin acılışı konfrans stilində baş tutub və iki saatan sonra təyyarə uğurla vətənə yollanıb. Tədbirdə iştirak edənlərin sırasında "Dniproavia" hava yollarının şirkətinin rəhbəri Sergey Posılayev, "Dniproavia"nın rəsmi üzvi Əziz Əliyev, Azərbaycan Respublikasının Ukraynadakı səfirin birinci katibi Rzayev Sabir, Dnepropetrovsk Vilayətinin deputatı Fəxrəddin Muxtarov, vilayətin administraciyasının rəhbəri Yevgeniy Udod iştrak ederek Azərbaycanlıları səmimi qəlbdən təbrik edib. Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk Vilayət təşkilatının sədri Qüdrət Hacıyev və Konqresin ən fəyal və ziyalı ağ sakalları da iştirak edib və xalqımızı reysin açılması ilə təbrik ediblər və hər kəsə yaxşı yol arzulayıblar. Ukrayna Azərbaycanlı Gənclər birliynin Dnepropetrovsk vilayət təşkilatının sədri Elza Bəkirova, cıxış edərək təbrik edib və təşkilat adından əlindən gələni etməyə hazır olduğunu deyib:"Mən bir Azərbaycanlı olaraq özümə borc bilirəm ki, bu reysin açılması haqqında məlumatı bütün azərbaycanlılar üçün sosial şəbəkələrdə yayılmasında güc göstərəcəm. Çünki, biz xalqımız üçün bütün şərayətləri yaratmalıyıq".Tədbirin sonunda isə soydaşlarmızı yola salıb və yaxşı yol arzulayıblar.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM