Ukrayna prezidenti Pyotr Poroşenko vergi islahatı çərçivəsində ölkədə dəbdəbə vergisinin tətbiq edilməsini vacib sayır.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti Milli İslahatlar Şurasının iclasının yekunlarına dair yaydığı məlumatda bildirib.
"Dövlət başçısı zənginliyə və bahalı əşyalara görə dəbdəbə vergisinin tətbiq edilməsinin vacibliyini qeyd edib”, deyə məlumatda bildirilib.
"Vergi qoymanın səviyyəsi iqtisadiyyatın inkişafına və yeni iş yerlərinin açılmasına əngəl yaratmamalıdır”, - deyə Poroşenko bildirib.
O həmçinin qeyd edib ki, vergi islahatı keçirilərkən sosial ödənişlərin, əsasən, pensiyaların azalmasına yol verilməməlidir. "Vergi islahatı təqaüdçülərin və əhalinin aztəminatlı təbəqəsinin hesabına həyata keçirilməməlidir”, deyə prezident vurğulayıb.
Onun sözlərinə görə, vergi siyasəti iqtisadi artıma təkan verməlidir və nəticədə hər bir vergi ödəyicisinə aydın, asan idarəetməyə malik və Aİ tələblərinə uyğunlaşdırılmış vergi sistemi yaradılmalıdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !