Ukraynada barışıq əldə olundu

09:00 | 20.02.2014
Ukraynada barışıq əldə olundu

Ukraynada barışıq əldə olundu

“Batkişvina” fraksiyasının lideri Arseniy Yatsenyuk prezident Viktor Yanukoviçlə müxalifət liderləri ilə görüşün yekunlarına görə barışığın əldə olunduğunu bildirib.APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Yanukoviçin mətbuat xidməti məlumatı təsdiqləyib. "Görüşün yekunlarına görə tərəflər barışığn əldə olunduğunu, eyni zamanda,  ölkədə zorakılığa son qoyulması və vəziyyətin sabitləşməsinə nail olmaq məqsədi ilə danışıqlar prosesinin başlanmasını bəyan ediblər”, - mətbuat xidmətinin məlumatında deyilir. Arseniy Yatsenyukun sözlərinə görə, tərəflər Ukraynadakı sosial-siyasi böhranın nizamlanması ətrafında danışıqlara başlamaq barədə qərar qəbul ediblər. “Bu, pozitiv xəbərdir - Maydana hücum və meydanın təmizlənməsi planı ləğv edilib, - deyə Arseniy Yatsenyuk bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti